Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Pakistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək

Maraqlı

19 İyun 2021 13:43 841


İqtisadiyyat naziri Mikayıl Cabbarov “Pakistan Milli Mühəndislik Xidmətləri” şirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, M.Cabbarov ölkəmizin Pakistanla sıx dostluq və qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib. pizza mizza

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin də iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!