Pakistan Azərbaycandan kömək istədi

saytların hazırlanması

Evə çatdırılma

Pakistan Azərbaycandan kömək istədi

Siyasət

14 Avqust 2019 15:42 1443


“Azərbaycan bizə dost olan ölkədir. Bu qardaş ölkədən dəstək gözləyirik”.

"Yeni Sabah" "report”a istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhmənd ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında bildirib.

“Bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyində olmuşam, Kəşmir məsələsini müzakirə etdik. Həmçinin Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Kəşmir təmas qrupunun da üzvü olduğunu qeyd etmək istəyirəm. Biz də Azərbaycandan Kəşmir qətnaməsini dəstəkləməsini xahiş etmişik”, – pakistanlı diplomat deyib. pizza sifarişi

O, Ermənistanı tanımayan yeganə dövlət olduqlarını da xatırladıb: “Bildiyiniz kimi, Pakistan parlamentinin hər iki palatasında Xocalı qətliamına dair qətnamələr qəbul olunub”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!