Pakistan ordusu Müşərrəfin edam edilməsinə qarşı çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Pakistan ordusu Müşərrəfin edam edilməsinə qarşı çıxdı

Dünya

17 Dekabr 2019 21:16 1329


Pakistan Silahlı Qüvvələri xüsusi məhkəmənin ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında qəbul etdiyi edam hökmü barədə qərarına etiraz edib.

"Yeni Sabah" xəbər verir ki, ordunun mətbuat xidməti bununla bağlı bəyanat yayıb.

“General Pərviz Müşərrəfin işində xüsusi məhkəmənin qərarı ağrı və təəssüf hissi doğurur. Ordu qərargahının keçmiş komandiri, Baş Qərargah Rəisləri Komandanlığının sədri və 40 ildir ölkəsinə xidmət etmiş, dövləti uğrunda döyüşlərdə iştirak edən Pakistan prezidenti heç bir halda xain ola bilməz. Pakistan Silahlı Qüvvələri ölkə konstitusiyasına uyğun olaraq ədalətin təmin olunmasını gözləyir”. Dominos pizza

Qeyd edək ki, Pakistanın xüsusi məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəf haqqında edam hökmü çıxarılıb. /report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!