Pakistanda məsciddəki terror aktı nəticəsində ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Pakistanda məsciddəki terror aktı nəticəsində ölənlərin sayı artdı

Dünya

07 Fevral 2026 17:25 596


Pakistanın paytaxtı İslamabadda məsciddə kamikadzenin törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 36-ya çatıb.

"Yeni Sabah" xəbər verir ki, Tarlay İmambargah məscidindəki terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Qrupun açıqlamasında bildirilir ki, hücum edən şəxs hadisə yerinə gəlib, məscidin əsas qapısında onu dayandırmağa çalışan mühafizəçilərə atəş açıb və partlayıcı kəmərini daxili qapıda işə salıb. Rəsmi İslamabad terrorçunun bu yaxınlarda Əfqanıstandan gəlmiş Pakistan vətəndaşı olduğunu bildirib. pizza hut

Xatırladaq ki, ötən gün məsciddə törədilən partlayış nəticəsində ölənlərin son olaraq sayı 31 nəfər qeyd edilirdi.

Pakistanın müdafiə naziri Hodca Məhəmməd Asif öz "X" səhifəsində yazıb ki, hücumda Əfqanıstan və Hindistanın əli var./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!