Pandemiya ilə bağlı daha bir proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Pandemiya ilə bağlı daha bir proqnoz

Sağlamlıq

15 Noyabr 2021 08:16 1091


Koronavirus infeksiyası yayılmağa davam edəcək, lakin mövsümi xarakter daşıyacaq.

“Report” xəbər verir ki, bu barədə İngiltərənin “Daily Mail” nəşri ölkənin Milli Səhiyyə Xidmətinin sənədlərinə istinadən yazıb.

Qeyd edilir ki, dünya illər ərzində endemik xəstəlik kimi COVID-19 ilə yaşamalı olacaq. Dördpendirli pizza

Mütəxəssislərin fikrincə, koronavirus qrip və digər respirator infeksiyalar kimi soyuq aylarda “mövsümi epidemiyalar”la yayılma sürətini qoruyacaq. Alimlər hesab edirlər ki, xəstəlik peyvənd sayəsində sabit vəziyyətə keçəcək. Bu, pandemiyanın sona çatması deməkdir.

Ekspertlərin sözlərinə görə, virusun bütün dünyada yayılma miqyasını nəzərə alaraq, eyni zamanda virusun qarşısını necə almaq, onun mövcudluğu şəraitində yaşamaq və uzun illər endemik vəziyyətə necə nail olmaq barədə düşünmək lazımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!