Pandemiyadan sonra ən çox bu peşələrə tələbat olacaq

saytların hazırlanması

Evə çatdırılma

Pandemiyadan sonra ən çox bu peşələrə tələbat olacaq

İqtisadiyyat

05 May 2020 16:20 865


Koronavirus pandemiyasının bitməsindən sonra qısa müddətə anti-böhran və maliyyə konsultantları ən tələb olunan peşələrdən olacaq.

Bu barədə Proqressiv Təhsil İnstitutunun mütəxəssisləri proqnoz verib. 

Bundan əlavə, rəqəmsallaşma ilə əlaqədar şirkətlərin bir çoxunda proqramçılar, SMM və kontent-menecerlərə ehtiyac artacaq.  Dominos pizza

Lazım olan peşələr arasında müştərilər və şirkətlər arasında bağlayıcı rolu oynayan kuryer, çağrı mərkəzlərinin operatorları, həmçinin internet mağaza əməkdaşları da var.

Bundan başqa, taym-menecment və interyer dizaynerliyi ilə məşğul olanlara da tələb artacaq. 

Ən çox ehtiyac isə santexniklər və mebel yığanlara duyulacaq.

Həmçinin, həkimlər və dayələrə də tələbat çoxalacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!