“Pandemiyanın ikinci dalğası yoxdur” - ÜST rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Pandemiyanın ikinci dalğası yoxdur” - ÜST rəsmisi

Sağlamlıq

13 Oktyabr 2020 18:51 1408


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar üzrə Regional Direktoru Dorit Nitzan dünyada koronavirusun ikinci dalğasının olmadığını açıqlayıb.

Yenisabah.az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, o bu barədə pandemiya ilə bağlı konfrans zamanı bildirib:

"Koronavirusun növləri və formaları göstərir ki, pandemiyanın hansısa ikinci dalğası yoxdur”. Toyuqlu pizza

Onun sözlərinə görə, bəzi dövlətlərdə yoluxma yüksək olsa da, bəzilərində bu göstərici aşağıdır.

Nitzan bildirib ki, dünyada koronavirusa yoluxanların cəmi 5 faizinin ağır vəziyyətdə olduğuna görə, insanlar bu xəstəliyin ciddiliyinə əhəmiyyət vermirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!