Papa HƏMAS-ı girovları azad etməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Papa HƏMAS-ı girovları azad etməyə çağırdı

Maraqlı

13 Oktyabr 2023 17:57 426


Roma Papası I Fransisk İsrail-HƏMAS müharibəsi başlayandan bəri etdiyi ikinci çıxışında HƏMAS-ı israilli girovları azad etməyə çağırıb. 

Yenisabah.az xəbər verir ki, məlumatı “The Times of İsrael” yayıb. 

“Mən İsraildə, Fələstində baş verənləri ağrı və narahatlıqla izləməyə davam edirəm. Çoxlu sayda insan ölüb, yaralanıb”, - Papa Vatikanda Müqəddəs Pyotr meydanında həftəlik xütbədə çıxışında deyib.  Dominos pizza

O, bayram gününün matəm gününə çevrildiyini görən ailələrə dua etdiyini və girovların dərhal azad olunmasını xahiş edib. 

Papa İsrailin Qəzzanı mühasirəyə almasından narahatlığını ifadə edərkən onun özünü müdafiə etmək hüququna malik olduğunu da vurğulayıb. 

“Hücuma məruz qalanların özlərini müdafiə etmək hüququdur", - o deyib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!