Futbol üzrə İtaliya çempionatının Bazar ertəsi keçirilməsi planlaşdırılan 4 oyunu təxirə salınıb.
Yenisabah.az xəbər verir ki, qərar bu gün məlum olan Papa Fransiskin ölümü ilə bağlıdır.
Söhbət "Torino" - "Udineze", "Kalyari" - "Fiorentina", "Cenoa" - "Latsio", "Parma" - "Yuventus" matçlarından gedir. Toyuqlu pizza
Bu görüşlərin yeni tarixləri daha sonra açıqlanacaq.
Bazar ertəsi Vatikan bəyan edib ki, Papa Fransisk Vatikanın Santa Marta Evindəki iqamətgahında vəfat edib.
Telegram kanalımız