Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı ilə bağlı xəbərlər müzakirəsiz ötüşmədi. Siyasi analitiklər növbədənkənar sessiyada parlamentin özünü burxacağına dair qərar veriləcəyini iddia etdilər. Hətta bir qədər də irəli gedərək, avqust ayında ölkədə qanunverici orqana yeni seçkilərin keçiriləcəyini iddia edənlər də oldu.
Milli Məclisin deputatı, BQB sədri Fazil Mustafa məsələyə münasibət bildirib. O Yenisabah.az-a açıqlamasında ajiotaj yaratmağa lüzum olmadığını deyib:
“Mən neçə illərdir parlamentdəyəm, Hər il iyun ayında Milli Məclisin belə bir çağırışı olur. Ona görə də bunu parlamentin buraxılması ilə əlaqələndirməyi doğru hesab etmirəm. Demək olar ki, bu presedent mövcuddur və indi də davam edir. Ola bilsin ki, burada hansısa qərarlar qəbul edilsin, ancaq bunu birbaşa seçki ilə əlaqələndirmək doğru deyil”. pizza mizza
Nazim Hacıyev
Telegram kanalımız