Parlamentdə dəyişiklik anonsu verildi? -   Deputatlar şikayətlənir

saytların hazırlanması

Evə çatdırılma

Parlamentdə dəyişiklik anonsu verildi? - Deputatlar şikayətlənir

Siyasət

09 Fevral 2026 19:06 2547


“Əhalinin artması ilə bir deputata düşən seçici sayının çoxalması faktı doğrudur və bu, vətəndaş müraciətlərinin həcmini, qəbul və görüşlərin intensivliyini artırır. Bu mənada, deputatların üzərinə düşən iş yükü real olaraq artıb...”.

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin Aqrar siyasət və İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib.

“Deputatların sayının artırılması məsələsini yalnız say artımı prizmasından yox, ümumi idarəetmənin səmərəliliyi baxımından qiymətləndirmək lazımdır. Sezar pizza

Amma deputatların sayının artırılması təkbaşına problemi avtomatik olaraq həll etmir. Əsas məsələ deputat-seçici əlaqələrinin nə dərəcədə effektiv qurulması, bölgələrdə qəbul mexanizmlərinin, köməkçi aparatın və institusional dəstəyin gücləndirilməsidir. Deputatlara effektiv iş üçün resurslar vacibdir” – deyə R.Nurullayev vurğulayıb.

Deputatın fikrincə, bu məsələ yalnız geniş müzakirələrdən sonra gündəmə gətirilə bilər:

“Eyni zamanda, parlamentin daha keyfiyyətli işləməsi üçün təkcə say yox, peşəkarlıq, məsuliyyət və real təmsilçilik vacibdir. Bu məsələ yalnız geniş ictimai müzakirələrdən, ekspert rəyindən və real ehtiyacın obyektiv qiymətləndirilməsindən sonra gündəmə gələ bilər. Yəni qərar verərkən emosional yanaşmadan yox, ölkənin idarəçilik ehtiyaclarından çıxış etmək daha doğru olardı”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHIM
    DEPUTATA QULAQ ASAN VARMI İKİ O SEÇİCİLƏRİ İLƏ Görüşsün? ƏKSİNƏ SAYLARINI 50-YƏ ENDİRMƏK LAZİMDİR.
    3 months ago