Parlamentin buraxılması xəbəri təkzib olundu

saytların hazırlanması

Evə çatdırılma

Parlamentin buraxılması xəbəri təkzib olundu

Siyasət

02 İyul 2019 17:58 1161


Milli Məclis iyulun əvvəlində bəzi qanun layihələrini müzakirə etmək üçün toplaşacaq və qarşıda parlamentin buraxılması ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətəuyğun deyil. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Turan-a deputat Vahid Əhmədov bildirib.

Qeyd edək ki, iyulun 2-də sosial şəbəkələrdə parlamentin buraxılacağı ilə bağlı məlumat yayılıb. Əsasən bildirilir ki, iyulun 10-dan sonra növbədənkənar parlament seçkiləri keçiriləcək. Sezar pizza

V.Əhmədovun sözlərinə görə, deputatlar bəzi qanun layihələri üzərində işi başa çatdırmaq üçün özləri növbədənkənar sessiyanın işinə təşəbbüs göstəriblər.

"Parlament özü-özünü buraxmır. Bundan ötrü xüsusi qayda var", - deputat vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!