Partiya sədri Zelenskini “yalançı“ adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Partiya sədri Zelenskini “yalançı“ adlandırdı

Dünya

10 May 2022 17:06 216


Slovakiyanın “İstiqamət - Sosial Demokratiya” partiyasının lideri, keçmiş Baş nazir Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskinin Milli Şura (parlament) üzvləri qarşısında planlaşdırılan televiziya çıxışına qatılmaqdan imtina edib.

Yenisabah.az "Bratislava Pravda"ya istindla xəbər verir ki, o, Zelenskini "yalançı" adlandırıb.

Müxalifət lideri Ukrayna prezidentinin Rusiyadan  Slovakiyaya neft və qaz nəqlini kəsə biləcəyi barədə bəyanatından hiddətlənib: “Zelenskinin dedikləri Slovakiyanın milli maraqlarına zərər vurur”. Sezar pizza

Fikonu partiyadaşları olan bəzi deputatlar da dəstəkləyib. Milli Şuranın spikeri Boris Kollar da rəsmi Kiyevi Rusiyadan enerji təchizatının dayandırılması tələbinə etirazını bildirib.

Bu prosesin baş verəcəyi təqdirdə parlament rəhbəri Bratislavanın Ukraynaya ayırdığı yardıma son qoymaq niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!