Partiya sədrinin xanımı blogerliyə başladı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Partiya sədrinin xanımı blogerliyə başladı - VİDEO

Siyasət

26 Yanvar 2026 15:59 1101


AĞ Partiyanın başqanı Tural Abbaslının həyat yoldaşı Nərmin Abbaslı blogerliyə başlayıb.

“Yeni Sabah” xəbər verir ki, N.Abbaslı sosial mediada, əsasən, səhiyyə iqtisadiyyatı mövzusunda videolar çəkməklə auditoriyası ilə fikirlərini bölüşür.

O, səhiyyə sahəsinin iqtisadi problemlərinə, tibbi təhsil və xidmətlərin maliyyələşdirilməsinə dair təhlillər aparır, sualları cavablandırır. pizza hut

Nərmin Abbaslı yalnız media sahəsində deyil, həm də ictimai-siyasi mühitdə tanınmış simadır: o, AĞ Partiyanın sədr müavini olmaqla yanaşı, 2024‑cü ildə partiyanın sədri Tural Abbaslı ilə birlikdə parlament seçkilərində də aktiv iştirak etmişdi.

Qeyd edək ki, cütlük 2021‑ci ildə ailə qurub.

N.Abbaslı həmçinin sabiq deputat, Müsavat Partiyası funksionerlərindən olan İkram İsrafilin qızıdır. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!