“PAŞA Sığorta” ilk dəfə geriləyib – Biznes itkiləri 1 mln. manatı ötüb

saytların hazırlanması

Evə çatdırılma

“PAŞA Sığorta” ilk dəfə geriləyib – Biznes itkiləri 1 mln. manatı ötüb

İqtisadiyyat

25 Aprel 2025 15:09 392


"PAŞA Sığorta” son dövrlərdə ilk dəfə biznes itkisi ilə üzləşib. 

“Yeni Sabah” xəbər verir ki, sığorta şirkətinin yığımları bu ilk rübündə 1 milyon manatdan çox azalıb. Belə ki, 2024-cü ilin ilk rübündə “PAŞA Sığorta” 115,95 manat sığorta haqqı topladığı halda bu ilin eyni dövründə bu rəqəm 114,88 mln. manata qədər enib.  Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları 0,9% azalıb.  

"PAŞA Sığorta”nın yığımları ilə yanaşı, sığorta ödənişləri azalmağa başlayıb.  Pepperoni pizza

Belə ki, şirkətin ödənişləri 2025-ci ilin yanvar-mart aylarında 1,5% və ya 430 min manat civarında azalaraq  27,68 mln. manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 28,1 mln. manat təşkil edib. 

Bununla belə, sığorta şirkətinin zərərlilik göstəricisində ciddi bir dəyişiklik müşahidə edilməyib. Bu dövrdə “PAŞA Sığorta”nın ödəniş-yığım nisbəti 24,1% təşkil edib. 

Xatırladaq ki, "PAŞA Sığorta” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi, həm də İdarə heyətinin sədri Ülviyyə Kərim qızı Cabbarovadır. Şirkətin nizamnamə kapitalı isə 50 milyon manatdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!