Paşinyan Azərbaycandan şikayət etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Azərbaycandan şikayət etdi

Siyasət

24 Noyabr 2021 08:08 1372


Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də BMT baş katibinin müavini, sivilizasiyalar alyansının ali nümayəndəsi Migel Martinosu qəbul edib.

Bu, alyansın Ermənistana belə yüksək səviyyədə ilk səfəridir. Nikol Paşinyan görüş zamanı şikayətlənib ki, beynəlxalq birlik Azərbaycanın “təcavüzklar hərəkətlərinə” adekvat reaksiya vermir. Baş nazir, Martinosun diqqətini “Azərbaycanın Dağlıq Qarabağa təcavüzü nəticəsində Bakının nəzarətinə keçmiş ərazilərdə erməni tarixi-mədəni-dini irsinin məhv edilməsi və təhrif olunması faktlarına” çəkib.

O habelə Şuşadakı Qazançı kilsəsi və Xudavəng monastr kompleksindən söz açıb. Paşinyan deyib ki, onun sadaladığı faktların sənədləşdirilməsi üçün UNESCO missiyasının Dağlıq Qarabağa və ətraf rayonlara səfərinin təşkili mühümdür. Baş nazir habelə bildirib ki, BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının da Dağlıq Qarabağ qaçqınları ilə bağlı fəaliyyətinə ehtiyac var. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!