“Qarabağ ermənilərinə Ermənistan vətəndaşlığının verilməsinin Azərbaycan üçün nə müsbət, nə də mənfi tərəfləri var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı könüllü surətdə tərk edən ermənilərə Ermənistan vətəndaşlığının veriləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Dördpendirli pizza
Analitikin fikrincə isə prinsip etibarilə, biz ölkəmizin ərazisində müxtəlif etnik qrupların nümayəndələrinin yaşamasını adi hal hesab edirik:
“O aspektdən də, əgər ermənilər geri qayıtsaydılar, onlar üçün hər hansı bir təhlükə yox idi. Antiterror əməliyyatları zamanı da bunu Azərbaycan ordusunun mənsubları nümayiş etdirdilər. Mülki vətəndaşlara münasibətdə sərgilənən mövqe bütün dünyanın gözü qarşısına baş verdi”.
Siyasi təhlilçinin sözlərinə görə, bunlar Ermənistanın özünün yanaşma tərzidir:
“Burada siyasi məqamlardan daha çox psixoloji məqamlar, xüsusilə də etno-psixoloji faktorlar özünü göstərir. Bu da ondan ibarətdir ki, vaxtilə Azərbaycan ərazilərində yaşayan həmin o etnosun təmsilçiləri 30 il ərzində Azərbaycana və azərbaycanlılara qarşı o qədər misli görünməmiş xəyanətlər və ağır cinayətlər törədiblər ki, onlar, sadəcə, özlərindən, etdiyi cinayət əməllərindən, naqisliklərindən və əclaflıqlarından qorxurlar. Bunun başqa səbəbi və izahı yoxdur”.
“Bəlli olduğu kimi, ölkəmizin müxtəlif ərazilərində, o cümlədən Bakıda erməniəsilli şəxslər, hətta Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində də yaşayırdı və bu gün də yaşamaqda davam edirlər. Bu amil müstəsna və önəmli yer tutan məqamlardan biridir. Başqa bir məqam isə ondan ibarətdir ki, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların geri qayıtması ilə bağlı məsələ daim gündəmdədir və bu məslə prinsipial olaraq Azərbaycan tərəfindən tam hüquqi müstəvidə qoyulur. Bunun əksini iddia edə biləcək beynəlxalq təsisatlar yoxdur və ola da bilməz. Çünki burada söhbət insanların yaşayış hüququnun təmin olunmasından söhbət gedir. Bu da fundamental insan haqlarından sayılır”, – deyə əlavə edib.
BAXCP funksionerinin qənaətinə görə, bu məsələyə yer ayırmamaq və qərbi azərbaycanlıların geriyə qayıdışının alınması üçün baş nazir Paşinyan Qarabağ ermənilərinə vətəndaşlıq vermək niyyətindədir:
“Başqa bir məsələ isə demoqrafik vəziyyətlə bağlı olan faktordur. Çünki Ermənistan əhalisinin əhəmiyyətli hissəsi ölkəni tərk edib və bu gün də tərk etməkdədir. Ölkədə ciddi demoqrafik problemlər və işçi qüvvəsi çatışmazlığı var ki, bu amil də rol oynaya bilər. Bu isə bir daha sübuta yetirir ki, erməni xalqı başqa xalqlarla birlikdə yaşaya bilmirlər. Azərbaycanlılara qarşı olan soyqırımları da bunun bariz nümunəsidir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız