Bu yaxınlarda Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan danışıqlarında qeydə alınan irəliləyiş cüzidir, lakin müəyyən irəliləyiş var.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.
O bildirib: “Yaxın vaxtlarda Aİ Şurası sədrinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti ilə görüşüm planlaşdırılır. Təəssüf ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imzalanmağa hazır deyil. Ümid edirəm ki, qarşıdakı görüş zamanı Vaşinqtonda qeydə alınan müsbəti konkretləşdirəcəyəm. Bütün məsələlər diplomatiya yolu ilə həll edilməlidir”. Dominos pizza
Telegram kanalımız