Paşinyan əlindəki çəkici yellədi: “Paslı mismarları özüm çıxaracam”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan əlindəki çəkici yellədi: “Paslı mismarları özüm çıxaracam”

Maraqlı

14 İyun 2021 14:09 1114


“Mən özüm iyunun 21-dən etibarən paslı mismarlarla şəxsən məşğul olacağam”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Masis şəhərində keçirdiyi təbliğat mitinqində bildirib.

“Məxməri günlər” başa çatır, – deyə "Vətəndaş Müqaviləsi" partiyasından baş nazirliyə namizəd əlavə edib. – Bu gün özlərini pis aparan və pis davranmağa davam edən yerli özünüidarə orqanlarının müxtəlif vəzifəli şəxsləri var". Marqarita pizza

Əlindəki çəkici göstərən Paşinyan deyib: “Bilirsinizmi bu alət nə üçündür? Paslı mismarları çarmaq üçün. Bu sahədə də daxil olmaqla, iyunun 21-dən paslı mismarlarla şəxsən məşğul olacağam. Ancaq bunun üçün 20 iyunda seçki məntəqələrinə getməli və bülletendə üç nömrəli bloka səs verməlisiz. Hamılıqla iyunun 20-də seçki məntəqələrinə gedirik və hamımıza məxsus məxmər mandatı polad mandata dəyişirik, bunun köməyi ilə Ermənistanda qanun və hüququn diktatorluğunu qururuq. Bundan sonra paslı mismarları yerindən çıxarırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!