“Paşinyan ermənilərə dedi ki, yanlış yoldan çəkinin” - 2023-cü ildə...

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan ermənilərə dedi ki, yanlış yoldan çəkinin” - 2023-cü ildə...

Siyasət

01 Yanvar 2023 13:16 2683


Adətən Yeni ildə dövlət başçılarının xalqa müraciəti və təbrikləri bayram əhval ruhiyyəsində olur, hətta ölkə problemlər içərisində olsa belə. Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın erməni xalqına Yeni il müraciətində demək olmaz ki, bayram ruhu heç yox idi, az da olsa vardı, amma diqqəti çəkən bir sıra məqamlar var ki, onun mənasını aydınlıq gətirməyə çalışaq. 

Paşinyan bu müraciətində erməni tarixi, dövləti, insanı, hətta dini inancı haqqında əsrlərdir yalan uydurub illüziyalara özlərini inandıran bir topluma yalanla yox, reallıqla yaşamağa və hesablaşmağa çağırış etmiş oldu. Ermənistan baş naziri çıxışının əvvəlində deyir: ” ...sizin arzularınız və hərəkətləriniz konkret, son dərəcə konkret, ölçülü biçili və əldə edilən olmalıdır”. Yəni, Paşinyan demək istəyib ki, “dənizdən-dənizə” deməklə heç bir dənizin sahilinə yaxınlaşa bilməyəcəksiniz, heç kim sizi o dənizlərin limanlarına belə buraxmayacaq. Bu gün üçün də, “müstəqil artsax” demək nə bir ölçüyə sığır, nə də həyata keçən arzu deyil, necə ki, keçmir. Paşinyan erməniləri göylərdən yerə enməyə-reallığın gözünə baxmağa çağırdı.  

Paşinyan müraciətində yenidən Ermənistan Respublikasının məlum ərazisini bir daha xatırladaraq bu əraziyə sahib durmaqdan başqa yol olmadığını həmvətənlərinin nəzərinə çatdırdı: pizza hut

“Biz Bibliya köçündəyik və Nairi torpağından çox aydın formaya, 29.800 kvadrat kilometrlik çox aydın əraziyə malik olan Ermənistan Respublikasına keçərək səhrada gəzirik. Bu, nicat naminə, respublika naminə, dövlətçilik naminə çətin və təhlükəli, həm də qaçılmaz bir yoldur”. Paşinyan dolayısı ilə Assuriya çarlığının ərazisindən,( tarixdə Nairi Assuriya toprpağı kimi göstərilir)  Messapotomiyadan Cənubi Qafqaza köç etdiklərini etiraf edib, Qarabağ torpaqlarına iddia etməkdən əl çəkərək beynəlxalq hüquqla tanınan 29 800 kv.km-lik yerdə möhkəmlənməyin “qaçılmaz” olduğunu vurğulayıb. Onu, “Artsaxı unudan” kimi ittiham edənlərə bildirmək istəyib ki, yanlış yoldan çəkinin, əlinizdəkinin dəyərini bilin, yoxsa bu ərazini də itirə bilərsiniz. 

Paşinyan millətinə müraciət edərək iki yüz ilə yaxın bir vaxtda bölgədə düşmənçilik aparmağın mənasızlığını diqqətə çatdırıb. Paşinyan: ”biz regionumuzda, ilk növbədə regionumuzda münasibətlərimizin keyfiyyətini dəyişdirməyi bacarmalıyıq” deyəndə, əlbəttə ki, ermənilərin Türkiyəyə, Azərbaycana olan çoxəsrlik düşmənçiliyinə son verməsini nəzərdə tutub. Həmsərhəd olduğu dörd ölkənin ikisi ilə sərhədlərin bağlanmasının bu ölkənin normal inkişafına ən böyük mane olduğunu Paşinyan da, cəmiyyətin müəyyən kəsimi də yaxşı bilir, amma bu mövqeyinə görə onu “türk” adlandıranların tənqidinə məruz qalacağını anlasa da etirafdan çəkinməmişdir. 

Paşinyan bu dəfə də Rusiyanın ünvanına yekə bir daş atıb, faktiki onları xəyanətdə günahlandırıb. “..təhlükəsizlik müttəfiqlərimiz passiv müşahidəçi statusunda qalmağı və ya alternativ olaraq aktiv müşahidəçi statusunu təklif edərək bizi tək qoydular”. Keçən ilin noyabrın 23-də KTMT sənədinə imza atmamaqla Rusiyaya demarş nümayiş etdirən Ermənistan Baş naziri bu dəfə də üzv olduğu təşkilatı, konkret olaraq isə Kremli hədəfə almaqla Rusiyanı xilaskar qismində görən həmvətənlərinə bu illüziyadan qurtulmağın zamanı yetişdiyi mesajını vermiş oldu. 

Hakimiyyətə gəldiyi gündən Qərbə daha çox üz tutduğunu gizlətməyən Nikol Paşinyan Rusiyanı əvəz edəcək başqa qlobal gücün olduğunu xatırlatmağı da unutmayıb. Sanksiyalara məruz qalmış, Ukraynada müharibə aparadığından xeyli nüfuzdan düşərək təcrid dövlətə dönmüş Rusiyanı əvəz edəcək Fransanın adını Paşinyan çəkməsə də, məhz Fransanı nəzərdə tutduğu açıq hiss olunur: “Amma biz dünyada tək qalmadıq və mən bu vəziyyətə biganə qalmayan, ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizliyin və sabitliyin bərqərar olması üçün misilsiz qərarlar qəbul edən dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm”. Zatən Qərbin xüsusi xidmət orqanlarının rəhbərlərinin Ermənistana gələrək Paşinyanla təkbətək görüşlərindən sonra Ermənistan Baş nazirinin belə bir mövqe sərgiləyəcəyi gözlənilən idi.

Bir məsələ də maraqlıdır ki, Müraciətinin sonunda  bir neçə şüar səsləndirən Nikol Paşinyan yalnız “Yaşasın Ermənistan” deməklə kifayətlənib və “artsax” haqqında heç bir şüar deməyib. 

2023-cü ildə iki ölkə arasında sülh müqaviləsi bağlana bilərmi? Paşinyan ona hazırdır, amma Rusiya hazır deyil və Ermənistan Baş nazirinə qarşı təzyiq siyasətini artıracağı gözlənilir. İki ildən çoxdur ki, onu devirməyə cəhd etsə də, Rusiya istəyinə nail ola bilməyib. Kremlin bundan sonra daha sərt təzyiq vasitələrindən istifadə edəcəyi istisna edilmir.

İlham İsmayıl, 

Moderator.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!