Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarlarına istefaya getməyəcəyini bildirib.
Yenisabah.az "Hraparak"a istinadla xəbər verir ki, ötən gecə hökumət binası yaxınlığında etiraz aksiyaları fonunda Paşinyan tərəfdaşları ilə görüşüb. O, istefa verməyəcəyini və nəyin bahasına olursa-olsun hakimiyyəti saxlayacağını bəyan edib.
Baş nazirin bu açıqlamasından sonra meydandakı təhlükəsizlik qüvvələri etirazçılara qarşı daha sərt tədbirlərə keçiblər. pizza sifarişi
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda kütləvi etirazlar aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumət başçısını dövlətə xəyanətdə ittiham edərək istefasını tələb edirlər.
Telegram kanalımız