Ermənistanın baş naziri Nikol Paşinyan arxiyepiskop Baqratın rəhbərlik etdiyi müxalif hərəkatının mitinqləri fonunda Erməni Apostol Kilsəsinin tarixən "təsir agenti" olduğunu bəyan edib.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, baş nazir bu barədə parlamentdəki çıxışı zamanı qeyd edib.
"Erməni xalqının tarixində olub ki, orta əsrlərdə din xadimləri xeyir-dua almaq üçün Bizansa gedirdilər, geri qayıdanda isə "təsir agenti"nə çevrilirdilər. Deyəsən indiyə qədər onlar üçün heç nə dəyişməyib. Amma iki-üç aya biz bu məsələni həll edəcəyik", - Paşinyan əlavə edib. pizza hut
Telegram kanalımız