Paşinyan kimi tükənmiş personajlardan qorxmaq lazım deyil - Sefilyan

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan kimi tükənmiş personajlardan qorxmaq lazım deyil - Sefilyan

Rəsmi

22 Avqust 2023 16:37 1004


“İndiki hakimiyyət inzibati resursdan istifadə edərək, insanları çaşdıran, qorxuya salan müxtəlif hərəkətlərlə məşğuldur. Biz də öz növbəmizdə, xalqa xatırlatmalıyıq ki, belə hakimiyyətlər daxili və beynəlxalq mənada rədd edilir. Bu işlərin heç birində qorxu olmamalıdır. Paşinyan kimi tükənmiş personajlardan qorxmağa ehtiyac yoxdur. Məlumat yayırlar ki, sərhəddə toplanışlar var, Azərbaycanla yeni silahlı qarşıdurma ola bilər, bəzi dairələr aksiyalar keçirir. Görürük ki, onlar şok effekti yaratmaq istəyir və bütün bunlar məqsədli şəkildə baş verir”. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistandakı “Milli Demokratik Qütb” hərəkatının nümayəndəsi Jirayr Sefilyan mətbuat konfransında bildirib. 

Xatırladaq ki, təşkilat avqustun 24-də Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması tələbi ilə növbəti mitinq təşəbbüsü ilə çıxış edəcək. pizza mizza

“Rusiya regionu tərk edir. Türkiyə varlığının Rusiya Federasiyasının gedişini əvəz etməsinə imkan verməmək imkanı var. Azərbaycan və Türkiyə tərəfləri Paşinyana dəstək verərək, öz planları ilə həmin boşluğu doldurmağa çalışacaqlar. Amma bölgəmizdəki ən mühüm oyunçular konsensusa gəliblər. Ona görə də biz nəinki Paşinyandan qurtulmalıyıq, həm də Türkiyənin regiona nəzarətinə imkan verməməliyik”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!