Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə konstitusiya referendumunun keçirilməsi məsələsini qaldırıb.
Yenisabah.az xəbər verir ki, o, ölkənin Ermənistanın İctimai Radiosuna müsahibəsində deyib:
"Bizim qeyri-dövlət xalqından dövlət xalqına çevriləcəyimiz nöqtə, məqam haradadır? Bu an konstitusiya referendumudur". Toyuqlu pizza
Paşinyan hələ yanvarın 19-da yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyini bəyan edib:
"Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Konstitusiya dəyişiklikləri yox, yeni Konstitusiya lazımdır. Bizim Ermənistan Respublikasını daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edəcək Konstitusiyamız olmalıdır. yeni geosiyasi və regional şəraitdə”.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoysa, Konstitusiyaya və digər hüquqi sənədlərə dəyişiklik etsə, o zaman sülh əldə oluna bilər”.
Xatırladaq ki, hazırkı Konstitusiyanın preambulasında ölkənin taleyini Dağlıq Qarabağla bağlayan Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad var.
Paşinyan Ermənistanın İctimai Radiosuna müsahibəsində etiraf edib: “Biz bəyannamə ilə münasibətlərimizi tənzimləməliyik”.
Telegram kanalımız