Paşinyan-Lavrov görüşündə niyə Rusiya bayrağı olmayıb? - Rusiya XİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan-Lavrov görüşündə niyə Rusiya bayrağı olmayıb? - Rusiya XİN-dən açıqlama

Siyasət

21 Noyabr 2020 16:27 6594


Rusiya Xarici İşlər Nazirliyi nazir Sergey Lavrovun Ermənistan baş naziri Nikol Paşinyanla və prezident Armen Sarkisyanla görüşlərində Rusiya bayrağının olmamasına aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, Rusiya XİN həmin görüşlərdə ölkəsinin bayrağının olmamasını Ermənistanın protokol təcrübəsi ilə əlaqələndirib.

"Bayraq çox vacibdir. Danışıqların məzmunu isə daha vacibdir. Görüşlərin tarixini və onların tərtib olunmasını bilmək də vacibdir. Hər bir ölkənin öz protokol təcrübəsi var. Diqqətli olanlar xarici işlər nazirinin Baş nazir və Prezidentlə görüşlərində yalnız bir bayrağın olduğunu görəcəklər”, - deyə Rusiya XİN-dən bildirilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!