Paşinyan Mişellə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Mişellə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi

Siyasət

22 Aprel 2022 23:05 370


Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında aprelin əvvəlində Brüsseldə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə edib.

Yenisabah.az xəbər verir ki, bu barədə cümə günü Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Şarl Mişel Aİ-nin Ermənistan və Azərbaycan arasında dialoqun inkişafına sadiqliyini bir daha təsdiqləyib. Həmsöhbətlər Ermənistanın baş naziri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycanın dövlət başçısı arasında aprelin 6-da Brüsseldəki görüş zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər”, - məlumatda deyilir. pizza mizza

Həmçinin, Mişel və Paşinyan regiondakı vəziyyəti, eləcə də Ermənistanla Aİ arasındakı münasibətləri də müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!