Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək.
"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Səfər çərçivəsində Baş nazir Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Dördpendirli pizza
Kremlin buna dair bəyanatda deyilir: "Plan Rusiya-Ermənistan strateji tərəfdaşlığı və müttəfiqliyinin hazırkı vəziyyəti və perspektivlərini, Avrasiya regionunda inteqrasiya əməkdaşlığını, eləcə də regional gündəmdəki cari məsələləri, xüsusən də Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafını müzakirə etməkdir".
Telegram kanalımız