Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan və "Mənim addımım" hakim fraksiyasının üzvü Tiqran Karapetyan "Daşnaktsütun"u Ermənistana qarşı partizan döyüşləri aparmaq cəhdində ittiham ediblər.
“Yeni Sabah” xəbər verir ki, Bratislavada Azərbaycan və Ermənistan Xarici Işlər nazirlərinin görüşündən əvvəl rəsmi Bakının Qarabağ münaqişəsinin həlli ilə bağlı yaydığı sənədən sonra Paşinyan hökumətinin vəziyyəti çətinləşib.
Qarabağ münaqişəsilə manipulyasiya etməklə hakimiyyətii möhkəmlətməyə çalışan Baş nazir Nikol Paşinyan Ermənistan müxalifətinin hədəfinə gəlib. Azərbaycan tərəfinin yaydığı sənəddən aydın olur ki, Bakı münaqişənin həllində öz prinsiplərindən bir addım da geri çəkilmək niyyətində deyil. Bu isə guya Azərbaycanın geri çəkilə biləcəyi ilə bağlı Paşinyan hökumətinin propaqandasını darmadağın edib. Beləliklə, Nikol Paşinyan reytintiqini bir qədər itirib. Dominos pizza
Xüsusilə, Paşinyan ən çox ehtiyat etdiyi Qarabağ klanına yaxın Daşnaksütyun önə çıxıb. Artıq mətbuat da bu təşkilatın ali komitələrində mövcud hakimiyyətə qarşı partizan müharibəsi aparılması ilə bağlı müzakirələrin aparıldığını yazır. Böyük ehtimalla Qarabağ klanı fürsətdən istifadfə edərək Daşnaksütyunla birgə Paşinyan hökumətinə sarsıdıcı zərbə vurmaq niyyətindədir.
Telegram kanalımız