Paşinyan ordumuzun irəliləyişini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan ordumuzun irəliləyişini təsdiqlədi

Rəsmi

30 Mart 2023 11:58 1280


Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizinə nəzarət etməsi məsələsinə toxunub.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, Ermənistan Baş naziri bu barədə hökumətin iclasında danışıb.

O bildirib: “Azərbaycan tərəfi birbaşa Stepanakert (Xankəndi), Mets Şen (Böyük Qaladərəsi), Xin Şen (Kiçik Qaladərəsi) və bir neçə başqa kəndi birləşdirən torpaq yola nəzarət edir”. pizza

Paşinyan vurğulayıb ki, rəsmi Bakı bunu Ermənistandan Qarabağa hərbi yüklərin və şəxsi heyətin daşınması ilə izah edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!