9 noyabr bəyanatını niyə imzaladım? Burada Şuşanın süqutu prosesi əsas rol oynadı. Şuşanın süqutunun simvolik deyil, stratejidir.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə komissiyanın iclasında bildirib.
Paşinyan deyib: “Şuşinin itirilməsindən sonra Xankəndi hücuma məruz qalacaq, Martuniyə (Xocavənd) təzyiq qaçılmaz olaraq artacaq, ən əsası isə 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi. Dördpendirli pizza
9 noyabr bəyanatı müharibəni dayandırmaq üçün beşinci cəhdimiz idi. İlk belə söhbət oktyabrın 7-də oldu. Mən Rusiya prezidenti Vladimir Putinə zəng edərək onu ad günü münasibətilə təbrik etdim. O, söhbət zamanı mənim müsahibə ilə Ermənistanın güzəştə getməyə hazır olduğunu və bu fürsətdən istifadə edərək tezliklə atəşkəs üçün vasitəçilik səyləri göstərmək istədiyini deməyimi vacib saydı.
Mən bundan əvvəl "Atəşkəs hansı şərtlərlə olmalıdır?" deyə soruşaraq razılaşdığımı bildirdim. Bizim mövqeyimiz ondan ibarət idi ki, ilkin şərt qoyulmadan atəş dayandırılmalı, tərəflər öz mövqelərində qalmalı, bundan sonra tərəflərin hansı kompromislərə hazır olması ilə bağlı məsləhətləşmələr başlamalıdır".
Telegram kanalımız