Paşinyan Putinlə danışıb, aprelin 19-da Moskvaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Putinlə danışıb, aprelin 19-da Moskvaya gedir

Siyasət

09 Aprel 2022 14:57 660


Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Moskvaya işgüzar səfər edəcək.

Yenisabah.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan hökumətinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, Ermənistan nümayəndə heyətinə Nikol Paşinyan başçılıq edəcək. Rusiyada iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli münasibətlərə dair başqa mövzuların müzakirəsi gözlənilir. Toyuqlu pizza

Bu arada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Paşinyan aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb. Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanılması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Nikol Paşinyanın aprelin ikinci ongünlüyündə Moskvaya səfəri barədə xəbər yayılmışdı./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!