"Oktyabrın 18-də müharibəni dayandırmaq üçün bütün günü diplomatik səylər göstərsək də, barışıq da əldə olunmadı".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, müxtəlif ölkələrin, o cümlədən ATƏT-in Minsk qrupu üzvlərinin vasitəçiliyi uğursuz olduqdan sonra 2020-ci il oktyabrın 16-da Rusiya Federasiyasının Prezidenti ilə telefon əlaqəsi yaradıb. Toyuqlu pizza
Paşinyan bildirib: "Oktyabrın 19-da günorta saatlarında Putinlə telefon danışığım oldu, o, təsdiq etdi ki, Rusiya planının şərtlərinə əsasən, müharibəni dayandırmağa cəhd etmək olar.
Şərt isə budur: 5+2 formatında 7 rayon qaytarılır, Laçın dəhlizi ilə Ermənistanla Qarabağ arasında əlaqə məsələsi həll edilir, Qarabağa Rusiya sülhməramlıları yerləşdirilir, Qarabağın statusu dəqiqləşdirilməmiş qalır və məsələ gələcəyə saxlanılır.
Biz Rusiya Federasiyasının Prezidenti ilə razılaşdıq ki, axşama qədər öz mövqeyimizi bildirəcəyəm. Günün ikinci yarısında əvvəlcə parlamentdənkənar qüvvələrin nümayəndələrini dəvət etdim. Daha sonra Ermənistan prezidentinin, bütün ermənilərin katolikosunun və parlament qüvvələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının iclasını çağırdım və bildirdim ki, Rusiya prezidentinə zəng edib təklif olunan variantı qəbul etdiyimi deyəcəyəm. Üstəlik, artıq dediyim kimi, dəvət olunanlardan heç birinin bu qərarın məsuliyyətini mənimlə bölüşəcəyini gözləmirdim. Mən sadəcə olaraq baş verənlərdən onlara məlumat verirdim.
parlamentdənkənar qüvvələrlə görüşdə dedim ki, onları məlumatlandırmaqla mən də ictimaiyyəti məlumatlandırıram. 25-30 siyasi qüvvənin nümayəndəsi iştirak edirdi.
Axşam Rusiya prezidentinə zəng etdim və belə şərtlərlə müharibəni dayandırmağa hazır olduğumu bildirdim. Rusiya prezidenti dedi ki, Azərbaycan prezidenti ilə danışacaq, mənə zəng edəcək. O zaman beş rayondan ikisi - Füzuli və Cəbrayıl demək olar ki, tamamilə və ya böyük ölçüdə Azərbaycanın nəzarətində idi.
Rusiya prezidenti ertəsi gün, oktyabrın 20-də səhər saatlarında zəng edərək Azərbaycanın müharibəni bitirməyə hazır olduğunu, lakin bunun müqabilində 7 rayonun hamısını alacağını gözlədiyini bildirib”.
Telegram kanalımız