Paşinyan: “Regionda sülh Ermənistanın müstəqilliyini təmin edən amildir”

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan: “Regionda sülh Ermənistanın müstəqilliyini təmin edən amildir”

Rəsmi

21 Sentyabr 2023 13:53 8266


“Regionda sülh Ermənistanın təhlükəsizliyini, o cümlədən müstəqilliyini və suverenliyini təmin edən amildir”.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan canlı yayımda xalqa müraciətində deyib.

“Bu yol asan deyil, həm xarici, həm də daxili təlatümlərdən keçir. Amma biz müstəqillik, dövlətçilik, gələcək naminə məhz bu yolu keçməliyik”, - o qeyd edib. pizza

Baş nazir regionun dinc inkişafının vacibliyindən danışaraq, 1991-ci ilin dekabrında qəbul edilmiş Almatı Bəyannaməsinə toxunub və bu sənədin əsasında İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

N.Paşinyan əlavə edib ki, Almatı Bəyannaməsindən imtinaya çağırış, əslində, Ermənistanın müstəqilliyi və ərazi bütövlüyündən imtinaya çağırış deməkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!