Paşinyan Rusiya kanallarını bağlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rusiya kanallarını bağlayacaq

Siyasət

07 May 2024 15:28 428


“Düşünürəm ki, hər il iştirak etməməliyəm”. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında mayın 9-da Moskvadakı paradda niyə iştirak etməyəcəyi ilə bağlı suala cavabında deyib. 

“Keçən il mayın 9-da keçirilən paradda iştirak etmişdim. Mən xatırlamıram ki, hər il mayın 9-da Moskvada keçirilən tədbirlərdə Ermənistanın başqa lideri, hətta heç bir başqa ölkənin lideri iştirak etsin. Sizcə, bu qəribə deyil?”, - Ermənistanın baş naziri bildirib.  pizza mizza

Paşinyan Rusiya telekanallarının Ermənistan vətəndaşlarına və Ermənistan dövlətinə hörmət etmədikləri təqdirdə onları bağlayacağını bəyan edib.

“Dəfələrlə xahiş etməyə və tələb etməyə hazırıq, amma alınmasa, Ermənistanın ərazisində söndürməli olacağıq”, - deyə sualı cavablandırıb.

"Ermənistanda 44 günlük müharibədən sonra onlarla insan vətənə xəyanət ittihamı ilə həbs edilib və ya məhkum edilib", - Paşinyan mətbuat konfransında deyib.

Baş nazir Ermənistanda kəşfiyyat şəbəkələrinin olduğunu açıqlayıb: "Amma onların müəyyən edilməsi və ifşa edilməsi üçün aydın prosedur var. Və bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları bunu hələ sübut edə bilməyiblərsə, sabah bunu edib, nəticələrini cəmiyyətə təqdim edəcəklər". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!