Sosial Tədqiqatlar Mərkəzi (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəylinin “Yeni Sabah”a müsahibəsi:
- Ukrayna müharibəsindən sonra Paşinyan hakimiyyətinin rusiyayönlü siyasətdən uzaqlaşdığı hiss olunur. Bu gələcək perspektivdə Ermənistana nə vəd edir?
- Əslində, Ermənistanın Rusiyadan uzaqlaşmasını hansı elementlərdə görümüşük, deyim. Xüsusilə, Qərbdən ayrılan yardımlar məsələsi var idi ki, Ermənistan uzun müddət Paşinyan dönəmində bununla, bir növ, həm revanşistləri, həm də Rusiyanın Ermənistandakı “beşinci kolon”unu şantaj edirdi. Amma məncə, uzaqlaşmaq prosesi yaşanmadı. Sezar pizza
Əvvəla, konkret olaraq Avropa İttifaqının Azərbaycan, Ermənistan və Gürcüstana ayırdığı yardımlar fərqli həcmdə idi. Bu məsələdə Azərbaycan tərəfi ədalətsizliyin olduğunu bildirmişdi. Aİ Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfərindən sonra paralellik qorundu. Bu, Ermənistanı Qərb aləmindən narazı salan birinci faktor idi.
İkincisi, ABŞ-ın yardımlarında “Dağlıq Qarabağın” yer almaması Ermənistanda Qərbə qarşı ciddi bir problem doğurdu. Üçüncüsü, ümumi bir fikir var idi ki, Paşinyan Qərbin adamıdır. Amma görüntülər bunu deməyə əsas vermir. O, Azərbaycan Prezidenti İlham Əliyevlə olan görüşdən əvvəl Rusiyadan məsləhətlələr aldı. Azərbaycan Prezidenti ilə görüşdən sonra da Paşinyan Rusiyadan təlimatlar almağa davam edir.
Yəni bu prizmadan yanaşanda arqumentin heç də dolu olduğunu görmürük. Faktiki vassal olaraq əvvəllər hansı formada xarici siyasətini müəyyən edirdisə, indi də həmin siyasəti yürüdür.
- Ermənistan Rusiyadan bir andaca aralansa, konkret nələr baş verə bilər və bu, mümkündürmü?
- Qərb texnoloji düşüncəsində belə hesab edirlər ki, Paşinyan və onun addımları Qərb agenturasına məxsusdur. Çünki birinci növbədə, bunun əlamətləri əsas aparıcı və yüksək vəzifələrdə Qərb təsirlərinin cəmləşməsi ilə bağlıdır. Amma bunu keyfiyyətə çevirə bildilərmi? Misal üçün, Ermənistanda belə bir proses baş verərsə, həqiqətən də dövlət çevrilişini törətmək Rusiya hakimiyyətinin əlində su içmək kimi bir şeydir.
Axırıncı bir faktoru da qeyd edim ki, Qərblə Rusiyanın faktiki savaşı Ukraynada davam edir, amma müharibəyə real şəkildə qoşulan ölkələrdən, hətta Belarusdan da birinci Ermənistan oldu və əməli addımlar atdı. O, Ukraynada döyüşəcək muzldu savaşçılar üçün bir koridor formalaşdırdı. Onlar Suriyadan Ermənistana gətirildi və oradan da Cənubi Osetiya vasitəsilə onları Ukraynaya aparıldılar.
“SU-35” qırıcı təyyarələri ilə olan qalmaqalı da xatırlayırsınız. Ona görə də, uzaqlaşma prossesini mən qəti şəkildə müşahidə etmirəm.
- Hazırda Ermənistan hakimiyyətindən rusmeylli insanların təmizlənməsi siyasəti gedir. Sonuncu nümunə də Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyanın həbsidir. Sizcə, hələ də orada Rusiyayönümlü şəxslər var və Paşinyanın “təmizləmə siyasəti” daha hara qədər davam edəcək?
- Məsələ ondan ibarətdir ki, Ermənistanda rusiyayönümlü şəxslərin təmizlənmə prosesi anlayışı fərqlidir. Yəni bu, rusiyayönümlü şəxslərin təmizlənməsi məsələsi deyil də, daha çox klanın təmizlənməsi məsələdir.
Səhv etmirəmsə, Ararat Mirzoyanın və Suren Papikyanın təyinatına qədər, haradasa il yarım, iki il ərzində Ermənistanda 5 dəfə müdafiə naziri dəyişdi. Eyni proses Ermənistan MTX-də də oldu və onun rəhbəri ilə yanaşı, arıdıcıllıqla 3 nəfərə yaxın şəxs dəyişdirildi.
Burada bir az da vahid hakimiyyətin Paşinyanın əlində cəmləşdirməsi prosesi gedir. Paşinyanın komandasının əksəriyyətinin Qərbdə təhsil alması, Rusiya kadr korpusundan imtina etməsi anlamına gəlmir. Çünki Ermənistanda bu günə qədər Rusiya əleyhinə hər hansı bir addımın atılmasının şahidi olmamışıq. İkincisi, bu zahiri dəyişkənlik erməni xalqı ilə siyasətçilərin Rusiyaya münaisbətində hansı keyfiyyət dəyişikliyi ilə müşayiət olunur, bax, bunun özü də çox qaranlıq məsələdir.
Ukrayna böhranı başlayanda meydanlara çıxıb Rusiyaya açıq şəkildə dəstək verən ölkə də məhz Ermənistan oldu. Bu gün, tutaq ki, Rusiya bu hakimiyyəti dəyişmək və bu kadr məsələsi ilə Paşinyana təzyiq etmək istəsə, onun qarşısında heç kimin durmayacağını yaxşı bilirik. Sadəcə burada incə və maraqlı bir məqam var: Ermənistan hakimiyyəti Qərbdən çox erməni lobbisinin maraqlarına oynayan bir hakimiyyətdir. İstər “Amerika-Erməni Federasiyası” olsun, istərsə də Fransadakı təşkilatlar, fərqi yoxdur, dünyanın müxtəlif yerlərində Paşinyan hakimiyyətinin maliyyə mənbəyi faktiki olaraq lobbi təşkilatlarıdır.
Sözsüz ki, bu da Rusiyanı çox ciddi bir qayğıdan xilas edir. İndiki məqamda özünüz də təsəvvür edin ki, Rusiya Ukraynada müharibə aparır və milyardlarla dollar bu müharibədə itkilərə məruz qalır. O baxımdan, Paşinyanın hakimiyyətə gəlməsi və Rusiyanın buna veto qoymaması əvvəlcədən hesablanmış addım kimi görünürdü. Birinci düşüncələri məhz bu olub ki, Paşinyan öz arxasınca kifayət qədər xaricdəki erməni lobbisindən maliyyə resursları gətirəcək. Məsələnin mahiyyəti budur.
Rafi MÜSLÜMOV
Telegram kanalımız