Paşinyan: Səhvimiz onda idi ki...

Paşinyan: Səhvimiz onda idi ki...

Rəsmi Veb saytların hazırlanması

10 Dekabr 2023 09:11 1934


2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində "Dağlıq Qarabağ Respublikası"nın ləğvi prosesi labüd oldu.

Yenisabah.az Armenian News-a itinadla xəbər verir ki, bunu “Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O bildirib: “Bizə miras qalan danışıqlar vəziyyətində irəliyə doğru qaçılmaz yol təkcə ərazilərin verilməsi və s. deyil, həm dəQarabağda yaradılmış "dövlət nizamı"nın ləğvi idi.

Bu barədə birinci dəfə istintaq komissiyasında çıxışım zamanı çox diqqətlə danışdım, ikinci dəfə daha açıq danışdım, bu yaxınlarda vətəndaşların suallarını cavablandırdım. İndi, təəssüf ki, Dağlıq Qarabağdakı hadisələrdən sonra daha sərbəst danışa bilirəm”.

“Niyə əvvəlcə bir sıra səbəblərə görə bu həll olunmaz oldu? Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri vardı. İndi bizi çox ittiham edirlər, deyirlər ki, əvvəldən Qarabağın öz müqəddəratını təyinetmə məsələsi ilə məşğul olacağımızı deyirdik, amma bunu etmədik. Bütün problem ondadır ki, biz öz müqəddəratını təyinetmə hüququnun nə olduğunu anlamağa çalışdıq və 6 dekabr 1996-cı ildə Lissabon sammitində bizə dedilər ki, öz müqəddəratını təyinetmə hüququnun ən yüksək təzahürü Azərbaycan dövlət daxilində muxtar status ola bilər.

Əslində biz bu məntiqlə getdik və bizim günahımız və ən böyük səhvimiz odur ki, 44 günlük müharibədən sonra xalqımızla bu mövzularda danışmağa başladıq. Digər tərəfdən, həmin söhbətin psixoloji və emosional qeyri-mümkünlüyü ilə üzləşdik, bu barədə öz-özümə danışa bilmədim ki, bunda günahkaram”, - deyə Paşinyan əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!