“Paşinyan Soçidə danışıqlar masası arxasında yox, hardasa masanın altında olub...”

saytların hazırlanması

Evə çatdırılma

“Paşinyan Soçidə danışıqlar masası arxasında yox, hardasa masanın altında olub...”

Siyasət

29 Noyabr 2021 22:34 3419


“Soçidə imzalanmış bəyanatda Ermənistanın maraqlarına cavab verən bir bənd də tapmadım".

Yenisabah.az xəbər verir ki, bu fikiri Ermənistan parlamentinin deputatı Ayk Mamicanyan "24News"a müsahibəsində səsləndirib.

"ArmenianReport" nəşrinin yazdığına görə, “Şərəfim var” fraksiyasının katibi bildirib ki, bəyanatda nə hərbi əsirlərin geri qayıtma tarixi, nə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında həlli məsələsi, nə də Qarabağın statusu qeyd olunur. pizza sifarişi

Mamicanyan Nikol Paşinyanın danışıqlar aparan şəxs kimi görünməməsini, danışıqlar masası arxasında yox, hardasa masanın altında olmasını deyərək baş naziri tənqid edib.

“Paşinyanın mətbuat konfransı yalanlar toplusu idi, onun açıqlamaları yalnız daxili auditoriya üçün nəzərdə tutulub. Baş naziri məhbus və sərhəd məsələləri maraqlandırmır, ancaq dövlət bağ evinin olması, hakimiyyətdə qalması maraqlandırır. Şuşa məsələsinin müzakirə mövzusu olması iyrənc yalandır. Şuşa məsələsinin danışıqlara daxil edildiyi ilə bağlı ən azı bir sənəd olsaydı, çoxdan dərc olunardı", - deyə  Mamicanyan əlavə edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!