Paşinyan Soçidə sülh vəd edir, Araik əski parçasıyla İrəvana gəlir...

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Soçidə sülh vəd edir, Araik əski parçasıyla İrəvana gəlir...

Siyasət

27 Noyabr 2021 20:58 6633


26 noyabr tarixində Ermənistanın müdafiə naziri Suren Papikyan və separatçı Arayik Arutyunyan Azərbaycanla təmas xəttindəki vəziyyəti müzakirə ediblər.  

Yenisabah.az bildirir ki, News.am bu barədə Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.

Məlumata görə, Arutyunyan Papikyanı vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona ölkə üçün bu çətin dövrdə uğurlar arzulayıb. Tərəflər təmas xəttindəki vəziyyəti, Rusiya sülhməramlılarının missiyasının gedişini və Qarabağda yenidənqurma işlərini müzakirə ediblər. pizza hut

Suren Papikyan noyabrın 15-də bu vəzifədə Arşak Karapetyanı əvəz edərək Müdafiə Nazirliyinə rəhbər təyin edilib.

Ermənistan baş naziri Nikol Paşinyanın dünən Soçidə keçirilən üçtərəfli görüşdə sülh vəd etməsi və elə həmin gün Arutyunyanın İrəvanda "dövlət rəhbəri" kimi qəbul edilməsi kifayət qədər ziddiyətli məqamdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asif
    Qozbeli qebir duzelder .Qanla gelen xestelik can almayinca cixmaz esil hayk xesteliyi budur.AIDIS.
    4 years ago