Paşinyan təsdiqlədi: Erməni qadınlar əsgər gedir

Paşinyan təsdiqlədi: Erməni qadınlar əsgər gedir

Bölgə Veb saytların hazırlanması

14 Sentyabr 2023 15:53 2158


Ermənistan ordusu əks cinsin nümayəndələrinin hesabına genişlənəcək. Bu açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. 

Yenisabah.az xəbər verir ki, hökumət başçısı hərbi xidmətə yazılan erməni qadınlarının taleyinə aydınlıq gətirib.

Paşinyan bildirib ki, hərbi xidmətə yazılan qadınlar qarşıdan gələn qış çağırışı zamanı Ermənistan Silahlı Qüvvələrinin sıralarına qoşulacaqlar.

Xatırladaq ki, ötən ilin sonlarında Ermənistanın müdafiə naziri Suren Papikyan Ermənistan ordusunun sıralarında qadın batalyonlarının yaradılacağını və qadınların könüllülük əsasında orduda xidmətə başlayacağını bildirmişdi.

Qeyd edək ki, Ermənistanda kişilərin müddətli həqiqi hərbi xidmət dövrü 2 il olsa da, könüllülük əsasında hərbi xidmətə çağırılan qadınların xidmət dövrü isə 1 il təşkil edəcək. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!