Paşinyan və komandasının Qarabağ oyunu 

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan və komandasının Qarabağ oyunu 

Rəsmi

01 May 2020 20:24 765


Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl Qarabağ münaqişəsinin həllində irəliləyiş və sülh prosesinin yeni keyfiyyət səviyyəsinə qaldırılacağı ilə bağlı açıqlamalar verilirdi. Paşinyan hakimiyyətə gəldikdən sonra isə nəinki münaqişənin həllində irəliləyiş oldu, əksinə, konfliktin sülh yolu ilə çızüləcəyinə inam azaldı. 

Buna səbəb Paşinyanın Qarabağ klanının dəstəyini qazanmaq üçün avantürist bəyanatlar verməsi oldu. Bloggerlikdən birbaşa Baş nazir postuna yüksələn Paşinyan Qarabağ münaqişəsi ilə bağlı məsuliyyətsiz açıqlamaları ilə problemin sülh yolu ilə həllinə nail olmaq istəyən böyük gücləri də pəjmürdə etdi.

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mantsakatanın son bəyanatı isə İrəvanın sülh danışıqlarında səmimi olmadığını ortaya qoydu. pizza sifarişi

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M. Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakçıları ilə keçirilən “dəyirmi masa”da çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprelində Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu söyləmişdi. Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir.

“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”,- deyə Rusiya XİN başçısı vurğulamışdı.

Mnatsakayan isə buna cavab olaraq “Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir” deməklə İrəvanın hər hansı güzəştə getməyəcəyini bəyan etmişdi. 

Ermənistan rəhbərliyinin bu ritorikası populizm olmaqla yanaşı münaqişə ilə bağlı vədlərə ziddir. Hesab etmək olar ki, Paşinyan və komandası sadəcə hakimiyyətə gəlmək üçün Qarabağ kartından yararlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!