Paşinyan yenə ikili oynayır - İrəvanı kim qarışdırır?

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan yenə ikili oynayır - İrəvanı kim qarışdırır?

Siyasət

26 Aprel 2022 16:11 526


Müxalifətin aprelin 17-dən İrəvanın Azadlıq meydanında başladığı mitinqlərə qoşulan insanların sırası tədricən genişlənir. Məlum Brüssel görüşündən sonra Kremldən təlimat alan müxalifət artıq 9 gündür ki, meydanda gecələyir. Aprelin 25-dən sonra isə müxalifət genişmiqyaslı etirazlara başladığını bildirib. 

Elə dünən də İrəvanın mərkəzi küçələrində yolun bağlanması, müxalif “Daşnaksutyun” partiyasının İcevandan İrəvana yürüş təşkil etməsi Ermənistanın siyasi gündəminin qarışıq olduğunu göstərir. Yeni nəsil “daşnaklar”ın yeni şüarı da budur ki, Qarabağda yanaşı Naxçıvanın işğal altında olan Kərki (Tiqranaşen – red.) və Qazaxın kəndləri heç bir zaman Azərbaycana verilməməlidir və bu ərazilər ermənilərə qalmalıdır. Bunu bu gün həmin yürüşdə iştirak edən müxalif “Hayastan” fraksiyasının üzvü Anna Qriqoryan da deyib.

İrəvanda da analoji düşüncələr artıq geniş vüsət almağa başlayır. İdealoji toqquşmaların ortasında qalan bu şəhərdə ötən gün İrəvan Dövlət Universitetinin (İDU) tələbələri universitetin mərkəzi binasına zorla daxil olaraq anti-Paşinyan şüarları səsləndiriblər. Onlar beyni yuyulmuş şəkildə erməni millətçiliyinin ən ifrat fikirlərini səsləndirməklə yanaşı, Qarabağın Azərbaycanın tərkib hissəsi faktını da qəbul etməyəcəklərini bildiriblər. pizza hut

Kreml görüşündən qayıdan Nikol Paşinyan isə hələlik sükunətini pozmur. Maraqlıdır ki, İrəvanın mərkəzi küçələrində qondarma “Artsax”ın əski parçasını başlarına qaldıran vanestyanlara və digərlərinə rəğmən Paşinyan bu dəfə bu məsələdə hər hansı adekvat tədbirlər görməkdən imtina edir. Ola bilsin ki, bu aksiyalar Qərb siyasi dairələrindən Paşinyana Azərbaycanla sülh sazişinin imzalanması fonunda gələn təzyiqlərin vizual göstəricisidir. Yəni Paşinyan bununla topu həm Kremlə, həm də Qərbə ataraq deyir ki, mövcud vəziyyət onun səlahiyyətləri xaricindədir. Bəlkə də o, bu aksiyaları müxalifətlə razılaşdırıb. Bunu təkzib etmək sadəlövhlük olar. Lakin burada istənilən konspirasiya teoriyalarını irəli sürmək də mümkündür. Amma görünən budur ki, hazırda İrəvan küçələrinin qarışması, müxalifətin basqıçı mitinqlər həyata keçirməsi, Paşinyana sərf edir. Müharibənin bitməsindən bu yana qeyri-adekvat çıxışlarıyla hamımızın yaxşı tanıdığı Paşinyan ola bilsin ki, bununla Azərbaycanla danışıqlarda xüsusi dividentlər əldə etməyə çalışır. Onun nə düşünüdüyünü isə yaxın gələcək mütləq göstərəcək.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!