Paşinyana qarşı böyük ittifaq: Köçəryan kilsə ilə birləşdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyana qarşı böyük ittifaq: Köçəryan kilsə ilə birləşdi

Siyasət

03 May 2024 12:23 342


Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisi Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı Baqrat Qalstanyanla görüşü barədə məlumatı təkzib edib. 

Yenisabah.az xəbər verir ki, ofisin yaydığı məlumatda deyilir: 

“Belə bir görüş olmayıb. Bu, hakimiyyətin növbəti saxtakarlığıdır”.  Pepperoni pizza

Bundan əvvəl mətbuatda Baqrat Qalstanyanın İrəvanda, o cümlədən bütün ermənilərin katolikosu II Qaregin və Ermənistanın ikinci prezidenti Robert Köçəryanla görüşlər keçirməsi barədə xəbər yayılıb. 

Baqrat Qalstanyan son günlər Ermənistanın Tavuş bölgəsində Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı keçirlən aksiyaların fəal iştirakçısıdır. O, vəziyyətin gərginləşdirlməsi üçün sakinləri aksiyalarda iştiraka çağırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!