Ermənistanla Azərbaycan ilk dəfə dövlətlərarası səviyyədə sənəd imzalayıblar və bu, şübhəsiz, Ermənistanın real strategiyasının nəticəsidir.
Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhədlərin demarkasiyası komissiyalarının fəaliyyətinin reqlamentinə toxunaraq deyib.
O bildirib: “Hamımız çoxlu təcrübələr keçirmişik, xüsusən də Tavuş bölgəsində sərhədin demarkasiyası nəticəsində. Vaxtı olan və hələ də bu proseslə bağlı sualı olan soydaşlarımızdan xahiş edərdim ki, Kirantsa getsinlər, Voskepara getsinlər, bu kəndlərin ən çox narahat sakinləri ilə danışsınlar. pizza sifarişi
Axırıncı dəfə orda olanda bir sual verdim: “Əziz həmvətənlər, delimitasiyadan sonra həyat necədir?” Deyə bilərəm ki, onların cavabları məni çox qane edir. Bu, münasibətdə dəyişiklik olduğunu göstərir. Atmosferdə dəyişiklik olmaya bilməz, çünki sərhəd var. Baş verənlərə ən böyük və ən mühüm reaksiyanı Sünikdəki Çakaten kəndinin sakinləri məndən soruşanda verdilər ki, burada nə vaxt delimitasiya olacaq”.
Telegram kanalımız