Ermənistanın baş naziri Nikol Paşinyan sülh danışıqlarına dair sensasiya sayılacaq açıqlama verib. O, Bakı və İrəvanın bütün prinsipial məsələlərdə razılaşdığını bildirib.
Yenisabah.az xəbər verir ki, erməni jurnalistlərlə söhbətində hökumət başçısı Azərbaycanla tezliklə sülh sazişinin imzalanmasının mümkün olacağını deyib: “İndi sülh müqaviləsi imzalamaq üçün əla fürsətdir”.
Nikol Paşinyan vurğulayıb ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir: "Biz buna nail olacağıq. Əslində, bu razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, bunun ardınca isə Brüsseldə əldə olunub. Sazişin əsas prinsipləri razılaşdırılıb, yalnız onu sülh müqaviləsinin mətninə köçürmək qalır. Bizim bu işi tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi daha sonra müzakirə olunacaq". Marqarita pizza
Nazim HACIYEV
Telegram kanalımız