““Rusiya Paşinyanı devirmək istəyir” fikri ilə razı deyiləm”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy deyib.
O, XİN rəhbəri Ararat Mirzoyanın ABŞ-a səfər çərçivəsində Ermənistandakı aksiyalar əsnasında Nikol Paşinyanın təhlükəsizliyinə Birləşmiş Ştatlarda təminat istəməsi barədə iddianı şərh edib: pizza mizza
“Rusiyanın müəyyən dairələrində, əlbəttə, Paşinyanı istəməyənlər var. Amma hazırda Kremlin maraqlarına ən uyğun fiqur Nikol Paşinyandır. Çünki Kreml Cənubi Qafqaz siyasətində yeni balansı yaratmağa cəhdi göstərir. Həm Azərbaycan, həm Türkiyə, həm Ermənistan, həm də rəsmi Moskvanın maraqları hazırda üst-üstə düşür. Qəribə budur ki, ABŞ-ın da maraqları.
Lakin Rusiyada bəzi qüvvələr Kremlə təsir göstərməyə çalışır, sülh danışıqlarının uğurlu nəticələnməsini əngəlləmək istəyirlər. İndi Ermənistanda qeyri-sabitlik, eləcə də sərhəd təxribatları və s. – bütün bunlar revanşistlərin Qərb və Rusiyadakı havadarlarından aldığı təlimatlara uyğun həyata keçirilir”.
N. Cəfərsoy əlavə edib:
““Rusiya Paşinyanı devirmək istəyir” fikri ilə razı deyiləm. Əlbəttə, Paşinyanı devirmək istəyənlər var, eyni zamanda, Paşinyanla işləmək istəyən hakimiyyət nümayəndələri də.
Paşinyan öz üzərində, xüsusən də bu sülh danışıqlarına görə ciddi təzyiq hiss edir. Bu təzyiq həm Ermənistanın daxilindəki, həm Rusiyadakı müəyyən dairələr, həm də erməni diasporundan gəlir. Əgər Paşinyanın həyatına təhlükə olarsa, – Ermənistan siyasətində isə bu risk həmişə var, – özünü qorumağa gücü çatmaya bilər. Çünki müxalif qrupların çoxu Rusiyada müəyyən dairələrin nəzarətindədir. Amma hələ ki, Paşinyan prosesi effektiv idarə edir.
Məncə, hazırda ən böyük risk ona qarşı sui-qəsddir. Doğrudur, bunu ehtimal etmirəm, amma bu səpkili aksiyalarla Paşinyanın hakimiyyətdən gedəcəyinə inanmıram”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız