Paşinyanın oğlunu oğurlamaq istədilər

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın oğlunu oğurlamaq istədilər

Rəsmi

17 May 2023 16:29 2047


“Ermənistan polisi baş nazir Nikol Paşinyanın oğlundan onun oğurlanması ilə bağlı xəbərdarlıq alıb”. 

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin İnformasiya Departamentinin rəis müavini Edqar Canoyan bildirib.

“Bizə bu barədə məlumat daxil olub, lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan İstintaq Komitəsinə göndərilib”. Sezar pizza

Xatırladaq ki, bu gün saat 15:00 radələrində Baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin yaxınlığından qaçırmağa cəhd ediblər.

“Haykakan Jamanak”ın məlumatına görə, adam oğurluğunda iştirak edənlər “Oğulların çağırışı” QHT-nin üzvləridir:

“Onlar Aşot Paşinyanı maşınlarına mindirməyə məcbur ediblər, lakin Aşot Paşinyan hərəkətdə olan avtomobildən düşə bilib. Daha sonra sürücü avtomobili onun üzərinə sürüb. Nəticədə Aşot Paşinyanın ayağından xəsarət alıb, “Oğulların çağırışı” QHT üzvləri hadisə yerindən qaçıblar.

Aşot Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!