Paşinyanın parlament fraksiyası parçalanır

saytların hazırlanması

Evə çatdırılma

Paşinyanın parlament fraksiyası parçalanır

Rəsmi

20 May 2020 18:00 1117


Ermənistanda hakim “Mənim addımım” parlament blokunun deputatları yeni fraksiya yaradacaq.

Yenisabah.az xəbər verir ki, bunu “Past” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan parlamentinin xarici əlaqələr üzrə komissiyanın sədri, hakim blokdan olan deputat Ruben Rubenyanın mandatını təhvil verəcəyi barədə yayılan xəbərlər doğru deyil: “O, “Mənim addımım” fraksiyasından çıxacaq. Ona hakim blokdan bir neçə deputat da qoşulacaq. Onlar qeyri-rəsmi olaraq müstəqil deputatlar qrupu yaradacaqlar. Bu qrup baş nazirin müavini Tiqran Avinyanın nəzarəti altında fəaliyyət göstərəcək”. pizza sifarişi

“Past”ın qənaətincə, hakimiyyətin parlamentdəki Avinyan qanadı Ruben Rubinyanın rəhbərliyi ilə müstəqil “qrup” olaraq fəaliyyət göstərəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!