“Patı” ilə tutulan blogerlə bağlı DİN-dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Patı” ilə tutulan blogerlə bağlı DİN-dən açıqlama

Hadisə

16 Aprel 2022 15:22 467


Daxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Yeni Sabah"a daxil olan məlumatda deyilir:

"Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib". Sezar pizza

Qeyd edək ki, C.Quliyev sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınır. Onun sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!