Bir neçə gündür sosial şəbəkələrdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı müzakirələr aparılır. “Yeni Sabah” xəbər verir ki, Oxu.az-da dərc “Patoloji yalançı və təcavüzkarların pozulan oyunu” başlıqlı yazıda bildirilir ki, bu müzakirələri anlamaq asandır, çünki illərlə özünü demokratiya carçısı elan edənlərin yalanları cəmi bir statusla faş olub.
Bu məsələ və qalmaqal Selcan Yağmurun atası haqqında status yazması ilə başladı. Selcan statusunda illər boyu evdə atasından şiddət gördüklərini, anasına və özünə qarşı “demokrat” Fuad Qəhrəmanlı tərəfindən zorakılıq edildiyini bildirdi. Yazıda qeyd olunur: “Statusun yazılması ilə Əli Kərimli “trol”ları fəaliyyətə başladılar. İş o həddə çatdı ki, “əcəb eləyir, qızını döyməyən dizini döyər”, “atadı da, sevər də, döyər də” tipli rəylər yazıb Fuadı az qala qəhrəman səviyyəsinə çatdırmaq istəyən “trol”lar var idi”.
Selcanın məlum statusundan sonra Fuad Qəhrəmanlı açıqlama verərək bildirdi ki, bunlar cəfəngiyyatdır, qızının profili oğurlanıb. Soyuq duşun effekti keçməmiş daha bir zərbə həyat yoldaşından gəldi: “Son ana qədər qızımın arxasındayam”. Dördpendirli pizza
Məsələ bununla bitsəydi, dərd yarı idi. Selcanın bacısı da status yazaraq, baş verənlərin həqiqət olduğunu dilə gətirdi. Amma Fuad Qəhrəmanlı öz aləmində özünü sındırmadı və guya oyunları pozmaq üçün sədr müavinliyindən istefa verdi: “Guya bununla da AXCP-yə edilən hücumların qarşısını aldı. Başa düşürəm, gülməli bəyanatdır. Amma yazını diqqətlə axıra qədər oxuyun, bu patoloji yalanların səbəbini tam çılpaqlığı ilə dərk edəcəksiniz”.
Məqalədə qeyd olunur ki, hadisə baş verən günlər ərzində Kərimlinin səssiz qalması, ancaq dünən Fuad Qəhrəmanlı istefa verdikdən sonra üzə çıxması da maraqlıdır: “Necə olur ki, adi, mənasız bir hadisə olanda Əli Kərimli dərhal klaviatura cəngavərinə çevrilərək dalbadal statuslar yazır, guya kimlərisə öz aləmində ifşa edir. Amma müavini barədə baş verən bu qalmaqalı sükutla qarşılayır? Bəs hanı sizin demokratik fikirlər? Hanı sizin hamıya eyni gözlə baxmaq barədə verdiyiniz vədlər?”.
Müəllif bildirir ki, Əli Kərimli statusunda qeyd edir ki, məlum məsələ Fuad Qəhrəmanlının ailəsində bir neçə il əvvəl olub və hazırda onlar şad-xürrəm yaşayırlar: “Yaxşı, bəs belədirsə, Zümrüd xanım niyə avqustun 14-də boşanmaq üçün ərizə ilə müraciət edib? Bilməyənlər üçün qeyd edək ki, Zümrüd Yağmur avqust 14-də boşanmaq üçün məhkəməyə müraciət edib və sentyabrın 26-da bu iş üzrə ilk proses baş tutacaq.
Tibb elmində patoloji yalan və ya psevdologiya deyilən bir xəstəlik var. Bu xəstəliyə mübtəla olanlar yalan məlumat verməyə, fantastik hadisələr uydurmağa meyilli olurlar. Bu xəstəlik tibb elmində mifomaniya da adlanır.
Yaxşı, mifoman sədr və sədr müavini bir müxalifət düşərgəsinə nə dərəcədə lazımdır? Bax, bu sualın cavabını illərlə Əli Kərimli və Fuad Qəhrəmanlını özünə lider seçib, ideal sayanlar düşünməlidir”.
Telegram kanalımız