“Paxmel” işçilərə güzəşt ediləcək - Məşhur şirkətdən gözlənilməz qərar

saytların hazırlanması

Evə çatdırılma

“Paxmel” işçilərə güzəşt ediləcək - Məşhur şirkətdən gözlənilməz qərar

Dünya

20 Dekabr 2019 13:01 1253


Böyük Britaniyada fəaliyyət göstərən "The Audit Lab" şirkəti maraqlı addım atıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, şirkət gənc işçilərinin iş rejimi ilə bağlı bəzi dəyişikliklər edib.

Belə ki, işdən sonra müxtəllif əyləncə məkanlarına üz tutmaq vərdişi olan işçilər həmin günün səhəri evdən işləyə biləcəklər. Beləliklə, onların "paxmel" vəziyyətdə işə gəlməyinə ehtiyac qalmayacaq. Lakin şirkətə bununla bağlı əvvəlcədən xəbərdarlıq etmək şərtdir. Dördpendirli pizza

Sözü gedən şirkətin işçisi Elli qeyd edib ki, bu övlad sahibi olan işçilərə edilən güzəştlərə oxşardır. Onun sözlərinə görə, bu dəyişiklik işçilərin idareədicilərə yalan danışması hallarının da qarşısını alacaq.

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!